AZ

Mərdəkanlı Amin in qardaşına hökm OXUNDU

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işinin məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması elan olunduqdan sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərdən Pərviz Xudaverdiyevin 14 il, Seymur Xudaverdiyevin isə 11 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müdafiə çıxışlarından sonra hökm elan edilərək Pərviz Xudaverdiyev 12 il, Seymur Xudaverdiyev isə 9 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib.

İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "revolver" tipli tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.

İstintaq zamanı o da məlum olub ki, cinayətin törədilməsində Pərviz Xudaverdiyevin əmisi oğlu Seymur Xudaverdiyevin də iştirak etməsinə əsaslı şübhələr yarandığından, o da məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalarla hadisənin qohumlar arasında ailədaxili mübahisələr zəminində törədildiyi bildirilib.

Xatırladaq ki, bu hadisədən bir müddət sonra qətlə yetirilən Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə atasını öldürməkdə təqsirləndirilən Pərviz Xudaverdiyevin qardaşı "Mərdəkanlı Amin" kimi tanınan, kriminal aləmdə nüfuz sahibi olan Amin Xudaverdiyevi Mərdəkandakı çimərliklərdən birində güllələyərək qətlə yetirib.

Elgün Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
oxu.az

10Mənbələr