Ərdoğan bildirib ki, Netanyahu “Hitleri üstələyib”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu sərt tənqid edib. Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan İsrail liderinin "Hitleri ötdüyünü" deyib.
Ərdoğanın sözlərinə görə, İkinci Dünya Müharibəsindən ən dəhşətli görüntülər “Qəzza zolağından çəkilən video və fotolarla müqayisədə günahsızdır”.
"Almaniyadakı Holokost zamanı onlar o qədər də qeyri-insani, şüursuz deyildilər. Netanyahunun soyqırımı, onun qəddarlığı - o, artıq Hitleri üstələyib", - Ərdoğan bildirib.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamneyiyə Tehranın təslim olmaq fikrində olmadığına dair sözlərinə ironik şəkildə “uğurlar” arzulamışdı.
aia.az
Tərcümə şöbəsi