AZ

Göydə nəhəng kül buludu

İndoneziyada Levotobi Laki Laki dağında baş verən vulkanik partlama ilə təlaş yaranıb. Vulkan püskürməsi nəticəsində kül buludu təxminən 9,6 kilometr (6,6 mil) havaya qalxıb.

Bali vulkanı püskürməsi səbəbindən turist adasına onlarla reys təxirə salınıb, bəziləri ləğv edilib. Bunlara Cakarta və Lomboka daxili uçuşlar, həmçinin Avstraliya, Çin, Hindistan, Malayziya, Yeni Zelandiya və Sinqapura uçuşlar daxildir.

Ölkənin Geologiya Agentliyi bildirib ki, Levotobi Laki Laki dağı dünən yerli vaxtla saat 17:35-də püskürüb və İndoneziyanın cənubundakı Flores turizm adasının üzərində 11 kilometr (7 mil) yüksəklikdə isti kül sütunu yaranıb.

Görüntülərdə narıncı göbələk formalı buludun yaxınlıqdakı Talibura kəndini əhatə etdiyi və 150 ​​kilometrə qədər (90 mil) məsafədən göründüyü məlum olub.

Səlahiyyətlilər ölkədə ən yüksək səviyyəli xəbərdarlıq elan edib və turistləri uzaq durmağa çağırıb.

Denpasar Beynəlxalq Hava Limanının internet saytında “vulkan səbəbiylə” fasilələr olduğunu bildirib.

Seçilən
9
vaxt.az

1Mənbələr