AZ

Samuxda əkin sahəsində 55 yaşlı kişinin meyiti tapılıb

Samux rayonunda əkin sahəsində meyit aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

1970-ci il təvəllüdlü rayon sakini Z. Məmmədovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, 55 yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
5
apa.az

9Mənbələr