AZ

​İranın kriptovalyuta birjasına kiberhücum təşkil edildi

İranın kriptovalyuta birjası “Nobitex”ə kiberhücum təşkil edildiyi irəli sürülüb. Metbuat.az xəbər verir ki, kiberhücumun İsraillə əlaqəsi olan haker qrupu tərəfindən təşkil edildiyi iddia edilib. “The Times of Israel” xəbər verir ki, bununla bağlı İsraillə əlaqəsi olduğu deyilən haker qrupu sosial media hesabında açıqlama verib. Açıqlamada qrupun “Nobitex”ə kiber hücum təşkil etdiyi və kriptovalyuta birjasının mənbə kodu və daxili məlumatların paylaşılacağı qeyd edilib.

Bundan əvvəl, İranın “Sepah” adlı bankının məlumatlarını ələ keçirdiyini iddia edən qruplaşmanın daha əvvəl də İrana edilən kiberhücumlara görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir.

Seçilən
9
metbuat.az

1Mənbələr