AZ

Rusiyalı iş adamı İrəvanda həbs olundu Ermənilər küçələrə axışdı

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Taşir" Şirkətlər Qrupunun rəhbəri, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanda iki ay müddətinə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə vəkil Armen Feroyan məhkəmə binası qarşısında jurnalistlərə bildirib.

Biznesmen hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur.

Samvel Karapetyana qarşı cinayət işi onun iyunun 17-də açıq şəkildə Erməni Apostol Kilsəsinin müdafiəsi ilə bağlı çıxışından sonra açılıb.İş adamının bəyanatından sonra baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə sərt bəyanatlar yayıb və bir çoxları bunu iş adamına istinad kimi qiymətləndirib.

Karapetyanın həbsindən sonra ermənilər İrəvanda küçələrə axışaraq etiraz aksiyasına başlayıblar. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
unikal.az

3Mənbələr