AZ

Durov Makronun mesajına cavab vermədi

Durov: Rumıniya seçkiləri ilə bağlı bəyanatımdan sonra Makronun mesajına cavab vermədim

Musavat.com xəbər verir ki, Telegram-ın qurucusu Pavel Durov Fransa prezidenti Emmanuel Makronla bağlı diqqətçəkən açıqlama verib. O, "Le Point" jurnalına müsahibəsində bildirib ki, Makron uzun müddət ona müxtəlif mövzularda Telegram üzərindən mesajlar göndərib.

“Sonuncu dəfə bu, mənim Rumıniya seçkiləri ilə bağlı bəyanatımın yayımlandığı gün baş verdi. O, mənə mesaj göndərdi. Mən isə cavab vermədim”, – deyə Durov qeyd edib. 

 

Musavat.com

Seçilən
13
8
musavat.com

9Mənbələr