AZ

Azərbaycanla Türkiyənin müqavimət gücünü artırması zərurətdir –Müdafiə naziri Yaşar Gülər

Azərbaycanla Türkiyənin müqavimət gücünü artırması artıq bir seçim deyil, zərurətə çevrilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə həm qlobal, həm də regional səviyyədə artan risk və təhdidlər dövlətlərdən daha yüksək müqavimət və koordinasiya tələb edir:

“Qlobal və regional səviyyədə risk və təhdidlərin miqyası və təsiri günü-gündən artır. Belə bir şəraitdə strateji mövqedə yerləşən ölkələrimizin hərtərəfli güclü olması, müqavimət qabiliyyətini artırması sadəcə seçim deyil – zərurətdir”.

Seçilən
19
3
azpost.info

7Mənbələr