AZ

Samvel Karapetyan həbs edildi

İrəvan Birinci İnstansiya Məhkəməsi rusiyalı iş adamı Samvel Karapetyanın iki aylıq həbsi barədə qərar çıxarıb.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, vəkil qərarın qanunsuz olduğunu bildirib.

Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə, yəni hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə ittiham olunub.

Seçilən
0
2
axar.az

5Mənbələr