AZ

“Barselona” onunla razılığa gəldi

Niko Uilyams tezliklə komandasını dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, “Barselona” rəhbərliyi “Atletik”in futbolçusu transfer edəcək. Artıq 22 yaşlı vingerlə müqavilə ilə bağlı razılıq əldə olunub. İspaniya millisinin üzvü ilə yaxın günlərdə müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Nikonun Bilbao klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. O, “Atletik”də 2021-ci ildən indiyə qədər 167 oyun keçirib, 31 qol vurub və 30 məhsuldar ötürmə edib.

Seçilən
35
1
football-plus.az

2Mənbələr