AZ

Parataekvondoçularımız Ankarada

Azərbaycan parataekvondoçuları Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışına başlayıb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, kişilərdən ibarət komanda iyunun 28-dək qardaş ölkənin millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.

Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə keçirilən təlim-məşq toplanışında Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və qadın parataekvondoçumuz Səmayə Həsənova iştirak edir.

M.HACIXANLI 
XQ 

 

Seçilən
1
4
xalqqazeti.az

9Mənbələr