AZ

ABŞ Müdafiə Nazirliyi Los-Ancelesə əlavə 2 000 əsgər göndərib

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Kaliforniyanın Los-Anceles bölgəsinə əlavə2 000 Kaliforniya Milli Qvardiya əsgərinin göndərildiyiniaçıqlayıb.

Trend xəbər verirki, bu barədə "CBS News" məlumat yayıb.

ABŞ Şimal Komandanlığının yaydığı bəyanatda qeyd olunur ki, buqərar Prezident Donald Trampın müraciət etdiyi ABŞqanunvericiliyinin 10-cu maddəsinə əsasən verilib. Əsgərlər "BöyükLos-Anceles bölgəsində federal funksiyaların, personalın və əmlakınqorunmasını təmin etmək" məqsədilə yerləşdiriliblər.

Yeni göndərilən hərbçilər artıq şəhərdə yerləşdirilmiş 2 100Milli Qvardiya əsgəri və 700 dəniz piyadasına qoşulacaqlar.

Lakin bu qərar yerli və əyalət rəsmiləri tərəfindən sərt tənqidolunub. Onlar bildiriblər ki, yerli hüquq-mühafizə orqanlarıvəziyyəti idarə edə biləcək imkanlara malikdir və federalqoşunların şəhərə yerləşdirilməsi vəziyyəti daha dagərginləşdirib.

Qeyd edək ki, Kaliforniyanın baş prokuroru Trampadministrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. O, MilliQvardiya əsgərlərinin ştatın qubernatorunun razılığı olmadanLos-Ancelesə göndərilməsini “qanunsuz” adlandıraraq bu qərarın ləğvedilməsini tələb edib.

Seçilən
29
az.trend.az

1Mənbələr