AZ

Almaniya, Fransa və Böyük Britaniya İranla Cenevrədə danışıqlar aparmaq istəyir

Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri sabah Cenevrədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşmək niyyətindədirlər.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya Xəbər Agentliyi (DPA) Almaniya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Berlində verdiyi açıqlamaya əsasən, o, bazar ertəsi Fransa xarici işlər naziri Jan-Noel Barro, Böyük Britaniya xarici işlər naziri Devid Lammi və Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə birlikdə Abbas Əraqçiyə telefon vasitəsilə danışıqlar təklifi etdiklərini bildirib.

Vadeful qeyd edib ki, onlar problemin həlli üçün danışıqlara hazırdırlar. Lakin bunun üçün Tehran təcili şəkildə hərəkətə keçməlidir.

Seçilən
43
50
operativmedia.az

10Mənbələr