AZ

Lavrov hindistanlı və iranlı həmkarları ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb.

Operativ Media Xəbər verir ki, danışıqlar zamanı BRİKS liderlərinin qəbul etdiyi sammit bəyannaməsində Yaxın Şərqdə son zamanlar eskalasiyaya xüsusi diqqət yetirilib.

Sammit iştirakçıları İsrailin İrana zərbələr endirməsini pisləyib və bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər.

Onlar həmçinin MAQATE-nin təminatları çərçivəsində İranın nüvə obyektlərinə hücumlarla bağlı narahatlıqlarını ifadə ediblər.

Lavrov Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə də görüşüb.

Görüşün əvvəlində nazirlər bir-birini salamlayıblar və bundan sonra söhbət media üçün qapalı rejimə keçib.

Seçilən
0
50
operativmedia.az

10Mənbələr