AZ

Azər Qasımlının cinayət işi üzrə məhkəmə iclasıTƏXİRƏ SALINDI

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutmayıb.

 

Senzor.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə başlayan prosesdə anket məlumatları dəqiqləşdirilib.

 

Prosesdə Azər Qasımlının vəkilləri iştirak etməyiblər. Ona ittihamla bağlı sənədlər də beş gün öncə verildiyi üçün iclas təxirə salınıb. Belə ki, Cinayət Prosessual Məcəlləsinə görə, həmin sənədlərin verilməsindən iclasa qədər  yeddi gün keçməlidir.

 

Hazırlıq iclası iyunun 25-nə təyin edilib.

 

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı, barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Seçilən
1
6
senzor.az

10Mənbələr