AZ

"İran nüvə silahı yaratmağa cəhd etməyib..." - MAQATE-dən gözlənilməz bəyanat

MAQATE - dünyada nüvə proqramına nəzarət orqan İranın nüvə silahı yaratmağa cəhd etdiyinə inanmır. Onun rəhbəri belə deyib.
 
Moderator.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
 
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib: “Biz belə bir nəticəyə gəldik ki, hazırda İranda nüvə silahı istehsal etmək üçün hər hansı sistematik səyin olduğunu deyə bilmərik”.
 
Onun sözlərinə görə, MAQATE-nin İsrailin geniş istinad etdiyi hesabatında İranın uranı 60% zənginləşdirdiyi və bu, dünyada bunu edən yeganə ölkə olduğu üçün narahatlıq üçün əsasların olduğunu qeyd edib.
 
MAQATE İsrailin hava hücumunda İranın nüvə obyektinin yerüstü hissəsinin məhv edildiyini təsdiqləyib.
 
“Ancaq nüvə silahının yaradılmasına və istehsalına gəlincə, - yox, biz bunu deməmişik”, - o deyib.
 
MAQATE-nin İsrailin hücum etdiyi nüvə obyektlərinin təsirindən narahat olub-olmaması ilə bağlı suala Qrossi belə cavab verib: “Əlbəttə, belədir”. O, xəbərdarlıq edir ki, nüvə obyekti vurulduqda “radioloji hadisənin baş vermə ehtimalı həmişə var”, məsələn, “nüvə materialının atmosferə yayılması..."
Seçilən
3
moderator.az

1Mənbələr