AZ

"Putin İsrail-İran savaşında yaxın müttəfiqini itirir, amma yenə də udur..." - "CNN"

"Yaxın Şərqdəki münaqişədə Rusiyanın itirəcəyi çox şey var, çünki İran onun əsas müttəfiqlərindən biridir. Lakin əslində dünyanın ən böyük neft və qaz hasilatçılarından biri kimi Rusiya regiondakı qeyri-sabitlikdən çox faydalanır" 
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, "CNN" belə yazır..
 
Zahirən Rusiya bəla içindədir. İran Kreml üçün xüsusilə faydalı “strateji tərəfdaş” olub, Ukraynadakı müharibə üçün Rusiya ordusunu “Şahed” pilotsuz təyyarələri ilə təchiz edib. Bununla belə, həmin dronların istehsalının çox hissəsi çoxdan Rusiyaya köçürülüb.
 
"Kreml  müdaxilə etmək imkanı olmadan əsas müttəfiqinin uduzmasını seyr etmək məcburiyyətində olmağın alçaldıcılığını hiss edir. Eyni zamanda, Rusiyanın İranla güman edilən ittifaqı heç vaxt İslam Respublikasını müdafiə etməyi əhatə etməyib və Kreml bu dövlətə heç bir hərbi dəstək təklif etməyib", - "CNN" qeyd edir.
 
İran rejiminin süqutu İranı Kremlin Yaxın Şərqdə, o cümlədən İraq, Liviya və Suriyada itmiş müttəfiqlərinin artan siyahısına əlavə edəcək. Amma əslində bu münaqişə Kreml üçün çox sərfəlidir və təkcə neftin qiymətinin qalxması ilə bağlı artan maliyyə axınına görə deyil. İran və İsrail arasındakı münaqişə Rusiya üçün diplomatik imkanlar da açır:
 
İndi Kremlin ABŞ-la birgə və məhsuldar əməkdaşlıq edə biləcəyi və regionda sülhün bərpasına gəldikdə, bəlkə də ABŞ üçün əvəzolunmaz tərəfdaşa çevrilə biləcəyi bir məqam var”.
 
"CNN"-i xatırlatdığı kimi, Trampın ikinci müddətinin əvvəlindən Vaşinqton və Moskva Ukraynadakı müharibədən kənarda münasibətlərini genişləndirmək üçün yollar axtarırlar:
 
"İranın taleyi və onun nüvə ambisiyaları birdən-birə Arktika, iqtisadi əməkdaşlıq və kosmosun tədqiqi ilə yanaşı, potensial ümumi maraqların başqa bir sahəsinə çevrildi. Kreml üçün - bəlkə də Tramp üçün də - bu, böyük faydadır. Amma mühasirədə olan Ukrayna üçün deyil", - deyə nəşr qeyd edir.
Seçilən
0
1
moderator.az

2Mənbələr