“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Birliyi” publik hüquqi şəxsin Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-136 üzrə binaların tikintisi işləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 9 476 492 AZN olub. Qurum yenidən tender elan etməyə hazırlaşır.
Cabir
Tarix: 19 İyun 2025, 08:54