AZ

Tarixdə bu gün - 19 İyun

Bakı, TurkicWorld

İran tərəfindən İsrailə atılan raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilir.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidməti yayıb.

IDF əhalini diqqətli olmağa və təhlükə siqnalı verildikdə dərhal sığınacaqlara üz tutmağa çağırıb:

"Həyəcan siqnalı verildiyi zaman sakinlər təhlükəsiz binalara sığınmalı və növbəti rəsmi xəbərdarlığa qədər orada qalmalıdırlar", – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, iyunun 13-də səhər saatlarında İsrail İrana qarşı genişmiqyaslı hava zərbələri endirib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, SEPAH-ın baş komandanı Hüseyn əl-Salami, "Ənbiya Əl-Salami" Komandanlığının yüksək rütbəli zabitləri Qulaməli Rəşid və Əli Şadmani, SEPAH Hərbi Hava Qüvvələrinin rəhbəri Əmir Əli Hacızadə, həmçinin doqquz nüvə alimi və digər yüksək rütbəli şəxslər həlak olub.

Cavab olaraq İran eyni gün Təl-Əviv də daxil olmaqla, İsrailin müxtəlif bölgələrinə 150-dən çox ballistik raket və 100-dən artıq pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib. Nəticədə mülki əhali arasında itkilər və ciddi dağıntılar qeydə alınıb.

Seçilən
4
turkic.world

1Mənbələr