Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın Türkiyəyə gözlənilən səfərinin gündəliyini açıqlamaqdan rəsmən imtina edibl. "Dünən Nikol Paşinyan diplomatik əlaqələrimiz olmayan ölkəyə niyə getdiyini açıqlamayıb, hətta "VS" komandası Türkiyədə razılaşmanın əldə olunması və ya ilkin sülh sənədinin imzalanması ehtimalından danışmağa başlayıb.
Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
"Bir neçə gündür ekspert dairələri deyir ki, Əliyev də Türkiyəyə gedir və Ərdoğanın vasitəçiliyi ilə tərəflər sazişin imzalanması ilə bağlı razılığa gələ bilərlər ki, bu da üçüncü tərəfin hərbi iştirakını istisna etmək deməkdir. Yəni Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılacaq. Müqavilənin əlavəsi də olacaq və o, Əliyevin bütün digər tələblərini, o cümlədən 300 min azərbaycanlının Ermənistana “geri qaytarılmasını” özündə əks etdirəcək.", - deyə erməni nəşri bildirir.