AZ

Dünya çempionatı: Uşangi Kokauri mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün fərdi yarışlara yekun vurulacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində son olaraq tatamiyə Uşangi Kokauri çıxacaq.

Dünya çempionatı
Kişilər
Uşangi Kokauri (+100 kq) 1/32 finalda İqor Vraçarı (Serbiya) sınağa çəkəcək. O, mərhələ adlayacağı halda, kubalı Andi Qranda ilə qarşılaşacaq.

Qeyd edək ki, mundialda Azərbaycan cüdoçularından hələlik Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb. Millimiz sabah qarışıq komandalar arasında dünya çempionatında qüvvəsini sınayacaq.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr