Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Nizami rayonunda, Qara Qarayev və Özbəkistan küçələrinin kəsişməsində qeydə alınıb.
İdarəetməni itirən "Toyota Prius" qəza törədib. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov