AZ

Fransa Liqa 1-in ən sərrast fransız qolçusu vəfat etdi

Fransa yığmasının keçmiş mərkəz hücumçusu Bernar Lyakomb 72 yaşında ikən təxliyə edildiyi xəstəxanada vəfat edib.

Arena.az xatırladır ki, Lyakomb Fransa Liqa 1-in tarixən ən sərrast fransız qolçusudur.

Lyakomb 1969-1987-ci illərdə Lion “Olimpik”i, “Sent Etyen” və “Bordo”nun heyətində Fransa çempionatında ümumilikdə 497 oyun keçirib, 255 qol vurub.

Lyakomb “Bordo” ilə ölkə çempionatının üçqat qalibi olub. Həmçinin ölkə kubokunu “jirondistlər”lə iki dəfə, Lion “Olimpik”i ilə isə bir dəfə qazanıb.

Bernar Lyakomb Fransa yığmasının heyətində 38 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib, “xoruzlar”la 1984-cü il Avropa Çempionatının qalibi olub.

Seçilən
6
arena.az

1Mənbələr