Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:59-da qeydə alınıb.
Zəlzələ ocağı 50 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, iyunun 16-da da Xəzərdə 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.