AZ

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

“Azəriqaz” İB-nin yaydığı məlumata görə, bu gün saat 09:00-dan etibarən Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəzər rayonunda magistral qaz kəmərinin dayaqlar üzərinə yerləşdirilməsi və qaz sızmasının aradan qaldırılması, Suraxanı rayonunda isə qaz xətlərində təmir-quraşdırma işlərinin aparılması səbəbindən qaz verilişi dayandırılacaq.

Fasilə zamanı Xəzər rayonu üzrə Mərdəkan bağlar və Stansiya Qala yaşayış massivləri, Mərdəkan yeni yaşayış sahəsi, Daxili Qoşunlar ətrafı; Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, Bahar, Dədə Qorqud, Sahil yaşayış massivləri və Zığ bağlarında qaz təchizatında müvəqqəti fasilə olacaq.

Seçilən
8
39
anews.az

10Mənbələr