AZ

3 qüvvə hərəkətə keçir: İranda bu dövləti qurmaq istəyirlər – DETALLAR 

  İsraillə gərginlik fonunda İrandakı etnik qüvvələr fəallaşıb. Xüsusilə İran kürdlərinin son günlərdə hakimiyyətə qarşı silahlı müqavimət göstərməyə hazır olduqlarını bəyan etməsi və bölgədə Kürdüstan dövlətinin yaradılması iddiaları İranın bölünməsi planı ətrafında müzakirələrin başlamasına səbəb olub.

Sözgüdən ssenarinin gerçəkləşməsi mümkündürmü?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, İsrail və ABŞ-ın İrandakı əməliyyatların ümumi məqsədə çatması üçün kürd faktoruna müraciət edəcəyi əvvəldən proqnozlaşdırılan hadisə idi:

“Kürd faktoru İran daxilində silahlı mübarizənin əhəmiyyətli komponentidir və İranın məqsədlərinə qarşı çəkindirici element kimi inkişaf etdirilir. Buna görə də, ABŞ və İsrail İran daxilindəki kürd ssenarisini mərhələli planda yüksək prioritetli strategiya kimi nəzərdən keçirərək, onun hərbi əməliyyatlar fonunda təşkilatlanmasına, silahlanmasına diqqət yetirə bilər.
İranda bir neçə mühüm kürd müxalifət şəbəkəsi mövcuddur. Bu qruplar İran dövlətinə qarşı mümkün silahlı kampaniyalarla yanaşı, açıq və gizli siyasi təşkilatlanma ilə məşğul olurlar. Ehtimalla, İsrail və ABŞ İran kürd qruplarının mütəşəkkil şəkildə fəaliyyəti üçün planlar hazırlayır. Lakin xarici güclərin kürd amili üzərindəki proyeksiyasının perspektivinə təminatlar davamlı olmaya bilər. Çünki İran özü də “kürd kartı”ndan Türkiyəyə qarşı istifadə edə bilir və yönləndirmə taktikası ilə prosesə maneə yaratmaq manevrinə malikdir.

Üstəlik, İran hakimiyyətinə qarşı çıxan kürd qruplarının heç də hamısı irəliyə doğru ən yaxşı yol haqqında həmfikir olmadığından, Tehran bu məsələni fürsət kimi diqqətdə saxlayır. Başqa yandan, İrandakı kürdlər və azərbaycanlılar, İranın qərbi və şimal-qərbində bir-birinə yaxın yaşayan iki etnik qrup kimi, heç də həmişə anlaşmırlar. İran rejimi onları bir-birinə qarşı oynatmağa çalışır”.

Ekspert deyib ki, İrana qarşı hərbi və kəşfiyyat hücumları fonunda İsrail və ABŞ-ın məramı dissident kürdlərin ortaq strateji məqsəd ətrafında inteqrasiyasına səy göstərməkdir:

“Üstəlik, kürd məsələsinə yanaşmada Türkiyənin də strategiyasını yeniləməsi regional hadisələr və onların arxa fonu üzərində rəqabət səhnəsini hərəkətə gətirir.
İraq Kürdüstanının Türkiyə ilə sərhəd bölgələrində Ankaraya yaxınlıq, İranla sərhəd zonalarında isə Tehrana simpatiyalar duyulur. Hərçənd ki, İran İraqdakı kürd silahlı qruplarını sıxışdırmaq, onların düşərgələrini və ofislərini bağlamaq üçün rəsmi Bağdada təzyiq edib.

Bütün bu proseslərdəki İsrail-ABŞ müttəfiqliyinin yanaşmaları rəqabətin kontekstini daha da böyüdür. İran konteksti üçün hazırkı plan isə budur ki, rəsmi Tehranın öz ərazilərindəki kürd bölgələrinə nəzarəti zəifləsin və kürdlər özünümüdafiə aktı ilə hərəkətə gələrək regional nəzarətə sahiblənsinlər.

Ehtimal ki, Türkiyə bu ssenariyə qarşı tədbir kimi Suriya və İraqdakı kürd icmaları ilə əlaqələri gücləndirərək, İran daxilindəki dinamikanı nəzərə alan strateji plan hazırlayacaq”.


Seçilən
4
2
referans.az

3Mənbələr