AZ

Voleybolçularımız Avstriya ilə oyun üçün Farer adalarına yollanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Farer adalarına yola düşüb.

İdman.biz xəbər verir ki, Fərid Cəlalovun komandası bu ölkədə keçiriləcək Avropa Gümüş Liqasının 3-cü turunda mübarizə aparacaq.

İyunun 20-22-də baş tutacaq mərhələdə millimizin rəqibləri Farer adaları və Avstriya komandaları olacaq.

Qeyd edək ki, 4 turdan sonra yığmamız Avropa Gümüş Liqasında 3 xalla beşinci yerdədir.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr