AZ

“Bank of Baku” müştərisini şantaj edir Foto

Tribuna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bank of Baku” gecikməsi olan müştərini iş yerinə zəng etməklə şantaj edir.

Tribunainfo.az xəbər verir ki, bu problemlə sözügedən bank müştərisi Nazlı Həsənova üzləşib. O bildirib ki, bank əməkdaşları müştərilərlə çox kobud danışır:

“”Bank of Baku”ya geçikməm var, ödənişi ay sonu edəcəyimi bildirmişəm. Əlaqə yaradıb 3-4 gündən sonra bildirdilər ki, ödənişi etməsəm iş yerimə məlumat ötürüləcəklər. Həmçinin əməkdaş bildirir ki, qeyd etdiyim nömrələrə də zəng olunacaq. Bu nə qədər düzgündür?! Mən dəstəyi götürürəmsə və cavablayıramsa, üstəlik indiyə qədər banka gecikməm olmayıbsa bu nə rəftar, bu nə davranışdır. Zəng edəndə bank əməkdaşları elə danışır ki elə bil banka yox buna borcum var”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
tribunainfo.az

3Mənbələr