AZ

"Vəziyyət daha da pis ola bilər" - Putindən xəbərdarlıq

Rusiya prezidenti Vladimir Putin Ukraynanı danışıqları mümkün qədər tez bərpa etməyə çağırıb. 

Adalet.az xəbər verir ki, o, bu  barədə dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə təşkil edilən görüşdə danışıb. 

Putin bildirib ki, o zaman şərtlər indikindən qat-qat yumşaq olub və xəbərdarlıq edib ki, Kiyev danışıqları gecikdirsə “vəziyyət onlar üçün pisə doğru dəyişə bilər”. 

Rusiya lideri xatırladıb ki, İstanbulda 2022-ci ilin iyununda əsirlərin mübadiləsini nəzərdə tutan ilkin razılaşmalar əldə olunub. O, Rusiyanın eyni prinsiplər üzrə danışıqları davam etdirməyə hazır olduğunu vurğulayaraq, “oturub danışıq aparmağı” təklif edib.

"Razılığa gəlməsələr, vəziyyət onlar üçün pisə doğru dəyişə bilər. Bunu uzatmağa ehtiyac yoxdur. Oturub razılığa gəlmək lazımdır", - deyən Putin Rusiya ilə Ukrayna arasında danışıqların növbəti mərhələsinin iyunun 22-dən sonra keçirilə biləcəyini bildirib. 

Seçilən
0
2
adalet.az

3Mənbələr