AZ

Respublika birincisi bu universitetdə oxumaq İSTƏYİR

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (eləcə də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələri elan olunub.

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni Aylin Xəlilova göstərib. O, maksimum nəticə olan 400 bal toplayaraq birinci mərhələdə fərqlənib.

Aylin Xəlilova Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunudur.

O, hər iki imtahan mərhələsinin nəticələrinə əsasən 697.5 bal toplayaraq IV ixtisas qrupu üzrə respublika birincisi olub. Onun birinci mərhələdə topladığı bal 297.5 təşkil edib.

Modern.az-ın məlumatına görə, AzEdu.az həmin abituriyent ilə təəssuratlarını öyrənmək üçün əlaqə saxlayıb.

O bildirib ki, Azərbaycan Tibb Universitetində “Müalicə işi” fakültəsində təhsil almaq istəyir.

"6 illik bakalavr təhsilimi Azərbaycanda almağı düşünürəm. ATU-nu bitirdikdən sonra uzmanlıq üçün isə hələlik Almaniyanı nəzərdə tutmuşam, amma bunu da gələcək göstərəcək. Ancaq mütləq ki, xaricdə təhsil alıb, ölkəmə qayıtmaq istəyirəm", - Aylin qeyd edib.

"Mən bu sözləri həmişə demək istəmişəm. Abituriyentlərin belə bir fikri olur ki, yüksək bal toplamaq üçün gecə-gündüz oxumalı, istirahət etməməliyəm. Bunları mən də düşünürdüm. Ancaq bu, qətiyyən yanlış fikirdir. Mənim 8-10 saat yatdığım günlər də olub. İstirahətimi də etmişəm, telefonuma da baxmışam. Ancaq vaxtı-vaxtında dərslərimi də oxumuşam. 10-11-ci siniflər abituriyent üçün ən gözəl vaxtlardır. Sırf imtahanlara görə əyləncədən geri qalmaq düzgün deyil. Bunun üçün də həm dərslərini oxuyub, həm də istirahət etmələrini tövsiyə edirəm", - o əlavə edib.

Seçilən
0
5
modern.az

6Mənbələr