"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin klubdakı gələcəyi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qolkiper "Barselona"dan ayrılmamaq qərarına gəlib. O, komandadan razıdır və hələ də İspaniya nəhəngində ilk qapıçı kimi çıxış edə biləcəyinə inanır.
Onun "Barselona" ilə 2028-ci ilə qədər uzunmüddətli gəlirli müqaviləsi var.
Daha əvvəl mətbuatda ter Ştegenin "Qalatasaray"ın transfer təklifini rədd etdiyi bildirilirdi.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"nın formasını geyinir. Klubunun onu satmaq istədiyi ilə bağlı xəbərlə də yayılıb.