ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün 2-ci tur start götürəcək.
Yarışın beşinci günündə 4 oyun baş tutacaq. Qarşılaşmalardan ikisi Bakı vaxtı ilə bu axşam, digər ikisi isə gecə saatlarında başlayacaq.
Əvvəlcə A qrupunda "Palmeyras" (Braziliya) - "Əl-Əhli" (Misir) oyunu keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Ardınca qrupun digər matçı - "İnter Mayami"(ABŞ) – "Portu" (Portuqaliya) qarşılaşması baş tutacaq ki, oyun saat 23:00-da başlayacaq.
B qrupunda isə əvvəlcə yerli "Sietl Saunders" ilə "Atletiko Madrid" münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunun start fiti saat 02:00-da səsləndiriləcək. Bakı vaxtı ilə saat 05:00-da isə PSJ (Fransa) – "Botafoqo" (Braziliya) görüşü başlayacaq.
Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.