AZ

Norveç turistlərə məhdudiyyətlər tətbiq edib - Turizmçilər bunu ekoloji faşizm adlandırıb

Norveç yerli ekosistemi qorumaq üçün Şpitsbergen arxipelaqına gələn turist gəmiləri üçün ciddi yeni qaydalar tətbiq edib. Turizm sənayesinin nümayəndələri buna qəzəblənib və məhdudiyyətləri "ekoloji faşizm" adlandırıblar...

Poliqon bu barədə The Independent-ə istinadən xəbər verir.

Şpitsbergen Norveç sahilləri ilə Şimal qütbünün ortasında böyük bir arxipelaqdır. Bu, quru ərazinin son dərəcə uzaq və seyrək məskunlaşan hissəsidir, eyni zamanda ekoturizm üçün məşhur bir yerdir. Səyahətçilər Arktika ilə tanış olmaq və vəhşi təbiəti, o cümlədən qütb ayılarını görmək istəyirlər.

2025-ci ilin əvvəlində Norveç hökuməti turist qayıqlarının qütb ayılarına yaxınlaşmasına ciddi məhdudiyyətlər qoyub. İyunun 30-dək gəmilər ən azı 500 metr məsafədə dayanmalıdır, iyulun 1-dən isə minimum məsafə 300 metrə endiriləcək.

"İqlim dəyişikliyi Svalbarddakı qütb ayılarının işini çətinləşdirir. Onların insan müdaxiləsi olmadan yemək tapa bilməsi, ovlana bilməsi, dincəlməsi və balalarına baxa bilməsi vacibdir. Düzgün məsafə saxlamaq həm də heç bir təhlükəli vəziyyətin yaranmamasını və qütb ayılarının zamanla insanlara öyrəşməməsini təmin edəcək", deyə Norveçin iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen bildirib.

Amma turistlərdən pul qazanan sahibkarlar yeni məhdudiyyətlərdən razı deyillər. Belə bir turizm marşrutunun rəhbəri və təcrübəli fotoqraf Pol Qoldşteyn hesab edir ki, yeni qaydalar çox sərtdir.

"Bu, mənim "mühafizə faşizmi" adlandırdığım klassik nümunədir. 2004-cü ildən bəri bölgədə kiçik qayıq kirayələri ilə məşğulam. Mən heç vaxt turistlərin qütb ayılarını qorxutması və ya onların davranışlarına təsir edən bir hadisə görməmişəm".

Qoldşteyn bildirib ki, yeni məsafə qaydalarına görə, insanlar artıq təbii mühitdə qütb ayısını görə bilmədiklərinə görə turist qayıqları Svalbard adasına yarıboş üzməkdədir.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr