AZ

Paşinyanın komandası onun səhhətindən narahatdır -"Hraparak"

Ermənistanın baş naziri Nikol Paşinyanın səhhətində ciddi problemlər yaranıb. Bu barədə yerli media məlumat yayıb. Ölkənin tanınmış nəşrlərindən olan "Hraparak" yazıb: "Hökumət daxilindən belə bir fikir formalaşıb ki, hakim komanda liderin səhhəti və əhval-ruhiyyəsi ilə bağlı olduqca narahatdır. Mənbələrimiz bizə dedilər ki, Nikol Paşinyan olduqca fikirli görünür, az qala daim çılğındır. O, bütün günü telefonunda "oturur", təkcə Facebook-da əsas paylaşımları deyil, həm də ən əhəmiyyətsiz şərhləri belə izləyir".

Müəllif qeyd edib ki, ölkə rəhbəri bütün şərhləri bir-bir oxuyur: "Ümumiyyətlə, Paşinyan mövcud durumunu komandasına göstərməməyə çalışsa da, o, kifayət qədər depressiyaya düşüb və əhvalı daim pis olur".

Tural

Seçilən
8
news365.az

1Mənbələr