AZ

Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib

Rusiya Prezidenti Vladimir Putin hamı ilə, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.

7News.Az RBK-ya istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.

Rusiya lideri Ukrayna prezidenti ilə şəxsi görüşü istisna etməsə də, Kiyevin hər hansı razılaşmanı imzalamağa səlahiyyəti olacağına şübhəsi olduğunu bildirib. O əlavə edib ki, bu cür görüş danışıqların yekun mərhələsi olacaq.

Putin Rusiya və Ukrayna nümayəndələri növbəti görüşün iyunun 22-dən sonra baş tuta biləcəyini bildirib. O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna ilə danışıqlarda vasitəçiliyə görə təşəkkür edib.
 
 

Seçilən
0
1
7news.az

2Mənbələr