AZ

TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin əsasnaməsi imzalandı

BAKI, 19 iyun. TELEQRAF

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin əsasnaməsi imzalanıb.

Teleqraf xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda əsasnamə imzalanıb.

Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədriAida Seidakmatova, Türkiyə Cümhuriyyətinin Hakimlər və Prokurorlar Şurasının sədri vəzifələrini icra edən Fuzuli Aydoğdu,Özbəkistan Respublikasının Ali MəhkəməŞurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali MəhkəməŞurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəməsinin sədri Bertan Özerdağ əsasnaməni imzalayıb.

Seçilən
3
8
teleqraf.com

9Mənbələr