AZ

AQTA epizootoloji monitorinqlər keçirəcək

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Xırdabuynuzlu heyvanların taunu, atların Afrika, donuzların Afrika taunu, quş qripi, habelə dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə iyulun 7-11-də epizootoloji monitorinqlər keçiriləcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, monitorinqlər Naxçıvan da daxil olmaqla, respublikamızın şəhər və rayonlarının təbiət ərazilərini − ovçuluq təsərrüfatları, milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqları əhatə edəcək.

Monitorinq çərçivəsində müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə diaqnostik nümunələr götürüləcək.

Tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootoloji vəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Monitorinqlərdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
9
sia.az

10Mənbələr