BAKI, 19 iyun. TELEQRAF
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüş yalnız uzunmüddətli və detallı hazırlıqdan sonra baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Peskovun sözlərinə görə, belə yüksək səviyyəli bir görüş yalnız əvvəlcədən razılaşdırılmış mövzular əsasında və qarşılıqlı anlaşma ilə həyata keçirilə bilər.
O əlavə edib ki, bu cür formatda danışıqlar üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.