AZ

“İsrail İran münaqişəsini kənardan izləyə bilmərik” Çindən açıq bəyanat

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İsrail-İran münaqişəsinin gərginləşməsini kənardan izləyə bilmərik".

"AzPolitika" xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında deyib.

O, Çinin BMT Nizamnaməsinə zidd olaraq bir ölkənin suverenliyinin və təhlükəsizliyinin pozulmasına qarşı olduğunu vurğulayıb.

Quo ABŞ-yə də çağırış edərək, "İsrail üzərində xüsusi təsirə malik olan bir ölkə olaraq məsuliyyətli davranmalı, gərginliyi azaltmaq və münaqişənin yayılmasının qarşısını almaq üçün ədalətli və obyektiv bir yanaşma sərgiləməlidir", - deyə bildirib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azpolitika.info

2Mənbələr