ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıt şəhərində yerləşən tekstil fabriklərinin birində yanğın hadisəsi qeydə alınıb. SİA məlumat verir ki,hadisə Sülh prospektində yerləşən müəssisələrdən birində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən canlı qüvvə və texnika cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
İlkin ehtimallara görə, yanğına pambıq qırıntılarının alovlanması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.