AZ

Qarabağ ın İdarə Heyətinin üzvləri Fənərbağça prezidenti Əli Koçla görüşüblər

Cbcsport saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Qarabağ"ın baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan "Fənərbağça" klubunun prezidenti Əli Koçla görüşüblər.

Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar. Görüşün sonunda Əli Koça Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
8
icma.az

10Mənbələr