AZ

"Xamneyi cinayətlərə görə cavab verəcək" -Katz

İsrailin müdafiə naziri İsrael Katz deyib ki, o, İsrail ordusuna Tehrandakı strateji və hökumət obyektlərinə hücumları gücləndirməyi əmr edib. Onun sözlərini Müdafiə Nazirliyinin mətbuat xidməti sitat gətirib.


Katz İranın ali dini lideri Əli Xamneyini İsraildəki xəstəxanaları və yaşayış məntəqələrini hədəf almaqda ittiham edib. Nazir vurğulayıb ki, bunlar Xamneyinin ən ağır cinayətləridir və o, bu cinayətlərə görə cavab verəcək.


“Baş nazir və mən İsrail ordusuna İrandakı strateji hədəflərə və Tehrandakı hökumət obyektlərinə hücumları gücləndirməyi tapşırmışıq”, – Katz deyib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Seçilən
6
news365.az

1Mənbələr