AZ

Dəniz qəhrəmanlıq yeri deyil: “Ən çox üzə bilənlər batır

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

   Çimərlik mövsümü iyunun 15-dən rəsmən başlansa da havalar mülayim və küləkli keçdiyindən sahil zolaqlarında hələ ki sıxlıq müşahidə edilmir. İyunun 15-dən etibarən Xəzər dənizinin sahilində yerləşən pulsuz və ödənişli çimərliklərə girişə icazə verilib. Mövsüm öncəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib. Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir. Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. Çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib. Ümumilikdə, Abşeron yarımadasında yerləşən çimərliklər müxtəlif kateqoriyalara bölünür: ictimai çimərliklər, özəl çimərliklər, dənizkənarı istirahət mərkəzlərinin ərazisində olan çimərliklər və boş sahələr. Bu çimərliklərin hər biri mövsüm öncəsi hazırlıq işlərinə aprel və may aylarından başlayır. Xüsusən özəl çimərliklərdə və istirahət mərkəzlərində cari təmir işləri görülür, ərazi abadlaşdırılır, sakinlərin və qonaqların rahatlığı üçün şərait yaradılır. Bu işlərin təşkili və icrasına çimərliklərin yerləşdiyi rayonlar üzrə məsul nümayəndələr və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunurlar. Nazirlik tərəfindən çimərliklərdə mütəmadi olaraq yoxlamalar həyata keçirilir. Hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ümumilikdə 75 çimərliyə nəzarət edir. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılıb, xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilib. Öz növbəsində FHN də təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi ilə bağlı müraciət edib. Müraciətdə bildirilir ki, çimərlik və digər su hövzələrində boğulmanın əsas səbəbi çimmək üçün nəzarətsiz su obyektlərinin seçilməsidir. Məntiqlə yanaşsaq, əgər biz çimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa, bizim köməyimizə xilasedici gəlməlidir və əgər çimərlikdə xilasedici yoxdursa, demək ki, orada həyatımız təhlükədədir. Buna görə də çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz çimərliklərdə istifadədən çəkinmək lazımdır. Suda boğulmanın digər səbəbləri küləkli, dalğalı hava şəraiti, sualtı daş, qaya parçaları, dəmir-beton kimi yad cisimlərin qalıqlarının insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik, təşviş və müxtəlif xəstəliklərdir. Çimərlikdə diqqət edilməsi vacib məqamlar bunlardır: Çimmək üçün nəzərdə tutulmamış ərazilərə getməmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmamaq, küləkli havada, həmçinin sərxoş halda dənizə girməmək, çimərlikdə spirtli içki qəbul etməmək, çimərlikdə gecələməmək, fırtınanın yaxınlaşması, küləyin şiddətlənməsi  xəbərdarlığından sonra çimərlik ərazisində qalmamaq vacibdir. Bunlara əməl edilməməsi insan həyatı üçün ciddi təhlükə yaradır. Bununla yanaşı, suda kobud hərəkətlər etmək, çimərliyi məişət və digər tullantılarla zibilləmək, ev heyvanları gətirmək, balıq tutmaq, müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır. Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli, nəzarətsiz qalmamalıdır. Yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir. Eyni zamanda, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməli, xəbərdaredici nişanların və lövhələrinin tələbləri nəzərə alınmalıdır. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Sherg.az-a açıqlamasında bildirdi ki, FHN uzun illərdir eyni məzmunlu xəbərdarlıqlar edir, əhaliyə çağırış edərək təhlükələrdən qorunmaq yollarını göstərir: 

Seçilən
3
sherg.az

1Mənbələr