AZ

Hindistan HDQ ilk yeni tipli sualtı qayıq əleyhinə korvet istifadəyə verib

Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) ilk ASW SWC sinifli sahil sualtı qayıqlara qarşı döyüş gəmisini istismara verib.

Herbiand.az bildirir ki, “Arnala” korvetinin istismara verilməsi mərasimi Vişakhapatnam Dəniz Gəmiqayırma Zavodunda baş tutub.

Hindistan HDQ ümumilikdə, 16 ASW SWC sinifli gəmi sifariş edib.

Gəmilərin uzunluğu 77,6 metr, eni 10,5 metrdir. Ekipaj yeddi zabit də daxil olmaqla 57 nəfərdən ibarətdir.

Silahlanmaya RBU-6000 reaktiv yaylım atəşi qurğusu, 324 mm-lik yüngül torpedalar, sualtı qayıq əleyhinə minalar, 30 mm-lik CRN-91 artilleriya sistemi və iki 12,7 mm-lik OFT M2 məsafədən idarə olunan modul daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr