Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“İsti havalarda balıq və toyuq ətindən istifadə etmək lazımdır”.
Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
“İsti havalarda su-maye qəbulu mütləqdir. Həmçinin yay aylarında mövsümi meyvə və tərəvəz qəbulu mütləqdir. Xüsusən qarpız, yemiş kimi giləmeyvələrlə qidalanmaq orqanizm üçün faydalıdır.
Yayda balıq və toyuq ətindən, eləcə də süddən, ağ pendirdən istifadə edilməlidir. Bu qidalalar ağırlıq yaratmadığı üçün orqanizmə zərər vermir”.
Həkim həmçinin yayda uzaqlaşmalı olduğumuz qidalardan da danışıb:
“Yayda ağır qidalardan, eləcə də konservə olunmuş hazır məhsullardan, kolbasa, sosis və enerji içkilərindən uzaqlaşmaq lazımdır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.