AZ

Övladı ilə yolu keçən ana dəhşət yaşadı – Video

Dünən saat 16 radələrində paytaxtın Nəsimi rayonunda – Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib.

Tribunainfo.az xəbər verir ki, gəldiyi sürətlə işıqforun qırmızı işığında yolu keçən “Daewoo Gentra” markalı avtomobil hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb.

Daha sonra isə qaydalara əməl edib piyada zolağından istifadə edən iki piyadadan birini vurub. Digər piyada isə qəzadan son anda xilas ola bilib. Onların ana-bala olduğu bildirilir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi baş verən bu kimi hadisələrlə bağlı sürücülərə müraciət edib: “Bu istiqamətdə təbliğat və maarifləndirmə işləri aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bəzi sürücülər məsuliyyətsizlik edib bir neçə saniyə irəli düşməkdən ötrü başqalarının həyatını təhlükə altında qoyurlar.

Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, svetoforun qırmızı işığında dayanmaq – yalnız qanuni tələb yox, həm də insani məsuliyyətdir. Bu cür qayda pozuntusu piyada və digər sürücülərin həyatına son qoyur və ya onların xəsarət almaları ilə nəticələnir”.

Seçilən
0
18
tribunainfo.az

10Mənbələr