Sloveniyanın “Çelye” komandasının baş məşqçisi Albert Riera Avropa Liqasında qarşılaşacaqları “Sabah”la bağlı fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, Avroliqanın 1-ci təsnifat mərhələsinin püşkünə əsasən, “Sabah” məhz Sloveniya klubu ilə qarşılaşacaq.
Albert Riera püşkdən sonra klubun rəsmi saytına açıqlama verib. İspan mütəxəssis “Sabah”ı hərtərəfli təhlil edəcəklərini vurğulayıb:
“Unutmaq olmaz ki, hər komanda daxili çempionat və ya kubok vasitəsi ilə bu turnirə vəsiqə qazanır. Bu da onların ciddi rəqib və müəyyən keyfiyyətlərinin olması deməkdir. İlk rəqibimiz “Sabah” olacaq. Hələlik bu matçlara zamanınız var. Rəqibi hərtərəfli təhlil edəcəyik. Biz özümüzə inanırıq. Çünki ötən mövsüm keyfiyyətli rəqiblərə qarşı yaxşı mübarizə aparmışıq”.
Xatırladaq ki, “Sabah” “Çelye”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə ayın 17-də səfərdə keçirəcək.