Bakı. Trend:
Tehran İrana təcavüz etmiş İsrailə aid istənilən hədəfəfasiləsiz şəkildə hücumlar edəcək və biz bunun üçün qarşımızda heçbir məhdudiyyət görmürük.
Trend xəbər verirki, bunu İslam Respublikasının Silahlıq Qüvvələrinin baş qərargahrəisi general-leytenant Əbdülrəhim Musəvi bildirib.
Məlumata əsasən, Musəvi ötən gün İslam inqilabı keşikçilərikorpusunun Hava-Kosmik Qüvvələrinin hərbi bazalarından birinə başçəkərək, şəxsi heyətin hərbi hazırlıq səviyyəsini yüksəkqiymətləndirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.