İtaliyanın Genuya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında növbəti yarış gününə yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, bu gün qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib.
Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığmamız 1/16 finalda Almaniya millisi ilə qarşılaşıb. 43:45 hesabı ilə uduzan qılıncoynadanlarımız 9-16-cı yerlər uğrunda mübarizə aparıblar. Əvvəlcə Yunanıstan yığmasına 42:45 hesabı ilə məğlub olan komandamız Böyük Britaniya sablyaçılarına 45:31 hesabı ilə qalib gəlib.
Yekunda millimiz Avropa çempionatını 11-ci pillədə başa vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta