AZ

Putindən Almaniyaya XƏBƏRDARLIQ

Əgər Almaniya Ukraynanı “TAURUS” qanadlı raketləri ilə təchiz etmək qərarına gəlsə, bu, Rusiya-Almaniya münasibətləri üçün “ciddi nəticələrə” səbəb olacaq.

Herbiand.az xəbər verir ki, bunu  Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində xəbər agentliklərinin nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, TAURUS raketlərinin istifadəsi Bundesver zabitlərinin və peyk məlumatlarının iştirakını tələb edəcək və buna görə də Almaniyanın münaqişədə Ukrayna tərəfində birbaşa iştirakı kimi qiymətləndiriləcək.

Rusila Prezidenti onu da bildirib ki, bu raketlər hərbi əməliyyatların gedişatına təsir etməyəcək, çünki Rusiya ordusu bütün cəbhə xətti boyunca təşəbbüsü əlində saxlayır və hücumunu davam etdirir. "Qoşunlarımız bütün istiqamətlərdə strateji üstünlüyə malikdir və bütün cəbhə xətti boyunca hücum əməliyyatı keçirir".

Seçilən
2
herbiand.az

1Mənbələr